Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında deyilir.
“9 noyabrda (10 noyabr – red.) Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin əldə edilməsi və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanat qəbul etdilər. Tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib və Beynəlxalq Humanitar Reaksiya Mərkəzi yaradılıb. Rusiyanın fəal köməyi ilə humanitar ehtiyaclar, qaçqınların qaytarılması, hərbi əsirlərin mübadiləsi və dinc bir həyat qurulması ilə əlaqəli məsələlər həll edildi. Nəticədə, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət sabitləşdi və bu, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün işə başlamağa imkan verdi", - XİN-in açıqlamasında vurğulanıb.
Ordu.az