Ordu.az xəbər verir ki, tədbirdə internat məzunları, QHT nümayəndələri, Qarabağ qaziləri və veteranlar iştirak ediblər.
Tədbir zamanı çıxış edənlər Bakının daşnak-bolşevik işğalından azad olunmasının tarixi əhəmiyyətini vurğulayıb, həmçinin şanlı tariximiz olan Cümhuriyyət dövründən və onun qısa zamanda gördüyü işlərdən danışıblar.
Qeyd olunub ki, bu kimi tədbirlər gənc nəslin öz əzəli və əbədi tarixinə bir daha bağlılığı, vətənpərvər ruhda yetişməsi və ideoloji hazırlığında olduqca vacib elementlərdəndir.
Qeyd edək ki, tədbir iştirakçıları Şamaxıdan Bakıya qayıdarkən Şamaxıdakı Cümə məscidini və Şamaxı-Bakı yolu üzərində yerləşən türk əsgərlərinin məzarlığını ziyarət edib, Bakının azad edilməsi uğrunda mübarizə aparan soydaşlarımızın ruhuna dualar oxunub.
Abuzər Əbilov
Ordu.az