DSX 8 əcnəbinin saxta sənədlə ölkəmizə keçidinin qarşısını alıb

2018/07/AE1DB9D9-63B0-40E1-8176-3CAD8A6FD4AD_cx0_cy14_cw0_w1200_r1_s_1531987009.jpg
Oxunub: 1352     11:25     19 İyul 2018    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Res­pub­li­ka­­sının döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınmış­dır.

11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunmuşdur.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapmışdır.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Mos­kva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətən­da­şı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kur­ba­noviçin, 1989-cu il təvəllüdlü Özbəkistan və­tən­daşı Karimov Ataybek Mirzaibrahi­moviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Sniz­hana Aleksandrovnanın pas­portları şübhə doğurmuş, laborator müayinə nəticəsində pasport­ların saxtalaş­dırl­ması müəyyən olunmuşdur.

17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə dourmuş və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapmışdır.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçiril­mişdir.

Ordu.az

Foto

Teqlər: DSX   Əcnəbi   Sərhəd  

Xəbər lenti

DSX 8 əcnəbinin saxta sənədlə ölkəmizə keçidinin qarşısını alıb

2018/07/AE1DB9D9-63B0-40E1-8176-3CAD8A6FD4AD_cx0_cy14_cw0_w1200_r1_s_1531987009.jpg
Oxunub: 1353     11:25     19 İyul 2018    