DSX hərbi-vətənpərvərlik düşərgəsi təşkil edib - FOTOLAR

2018/07/_DSC7693-1_1531482366.jpg
Oxunub: 624     10:45     13 İyul 2018    
Dövlət Sərhəd Xidmətinin fəaliyyətində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclər arasında dövlət sərhədinin mühafizəsi sahəsində qazanılmış nailiyyətlərin təbliği əhəmiyyətli yerlərdən birini tutur. Bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidməti yeni layihəyə - sərhəd zastavalarında gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start vermişdir.

Bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunmuşdur.

İyul ayının 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər.

İyul ayının 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmışdır.

Yay düşərgəsinin sərhəd zastavasının bazasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarət olduğu qeyd edilmişdir.

Müəllimlərlə yanaşı, şagirdlərin təlim-tərbiyə işləri ilə sərhədçi zabitlər məşğul olacaqlar, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, avtomat silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edəcəkdir.

Yay düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış, məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlərin, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzularında çəkilmiş filmlərin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxların nümayiş etdirilməsi nəzərdə tutulur. Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcəkdir.

2018/07/_DSC7693-1_1531463773.jpg

Ordu.az

Foto

Teqlər: DSX   Hərbi-Vətənpərvərlik-düşərgəsi   Sərhədçi  

Xəbər lenti

DSX hərbi-vətənpərvərlik düşərgəsi təşkil edib - FOTOLAR

2018/07/_DSC7693-1_1531482366.jpg
Oxunub: 625     10:45     13 İyul 2018    