DSX "Sərhəd" hərbi idman oyunu təşkil edib - FOTOLAR

2018/07/DSX-1_1530685941.jpg
Oxunub: 727     10:26     04 İyul 2018    
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən tədbirlər sırasında «Sərhəd» hərbi-idman oyunları xüsusi yer tutur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, artıq ənənəyə çevrilmiş bu hərbi-idman oyunları Dövlət Sərhəd Xid­mə­ti rəisinin, Təh­sil Nazirinin, Gənclər və İdman Nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına səda­qət ruhunda tərbiyə olunmasında, Vətənə məhəb­bət, dövlətə sədaqət hissinin aşılanmasında, gənclərdə sərhədçi peşə­sinə marağın artı­rılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümünə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 34 sərhədyanı və digər rayonların 178 məktəbinin 890 şagirdi iştirak etmişdir. İlk iki mərhələnin yekunlarına görə 10 komanda - Naxçıvan MR Babək rayonunun Neh­rəm kəndinin 2 №-li tam orta məktəbin “Babək”, Beyləqan rayonu Araz qəsəbəsinin 1 №-li tam orta məktəbin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran şəhər Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonu Vəndam kənd tam orta mək­tə­binin “Vəndam-1”, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonu 5 №-li tam orta məktəbin “Çe­viklər”, Qazax rayonu 1-ci Şıxlı kənd tam orta məktəbinin “Dəli Kür”, Qusar rayonu Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 №-li tam orta məktəbin “Xəzər” komandaları finala vəsiqə qazanmışlar.

Oyunların final mərhələsi iyun ayının 25-dən iyul ayının 3-dək Döv­lət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilmişdir. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan vermişdir.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tə­rəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvü­nə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlə­rində öz bacarıqlarını nümayiş etdirmişlər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunmuş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışla­rına keçirilmişdir.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 saylı tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutmuşlar.

İyul ayının 3-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstə­sində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tən­tənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətən­pərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışlar.

Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Ordu.az

Foto

Teqlər: DSX   Sərhəd   Hərbi-İdman-Oyunu  

Xəbər lenti

DSX "Sərhəd" hərbi idman oyunu təşkil edib - FOTOLAR

2018/07/DSX-1_1530685941.jpg
Oxunub: 728     10:26     04 İyul 2018    