Binaların dəyişdirilməsi Yaxın Şərq, Şərqi Avropada təhlükəsizlik problemlərinin ortaya çıxdığı, daha da pisi NATO-Rusiya gərginliyinin artdığı bir vaxtda baş verir. Təəssüf ki, qlobal sülh və stabillikdə cüzi inkişaf sezilir.
Bu mənada Türkiyənin alyansdakı yeri analiz edilməlidir. Türkiyə və aparıcı NATO ölkələri, xüsusilə Birləşmiş Ştatlar arasında ciddi problemlərin olduğu heç kimə sirr deyil. Son dövlərdə Türkiyənin NATO-dakı yerinə dair Qərb beyin mərkəzləri tərəfindən xeyli sayda xəbərlər yayımlanıb. Ankaranın Rusiya ilə güclənən əlaqələri, Rusiyadan S-400 anti-ballistik raket sistmeləri alma planları və ABŞ-la Suriyada yaşanan gərginlik Türkiyənin öz müttəfiqlərinə qarşı sadiqliyinin sual altına salınmasına əsas səbəblərdəndir.
Heç kim bu problemləri inkar edə bilməz. Lakin bunların hamısının fonunda Türkiyənin ittifaq daxilindəki rolu və yerinin dəyərləndirilməsi daha geniş, əhatəli və tarixi bir baxış bucağından yanaşma tələb edir. Sadəcə bir neçə qərəzli xalq dünyanın ən qeyri-sabit regionlarından birində yerləşən Türkiyənin Soyuq Müharibə və sonrakı dövrdə alyansın təhlükəsizliyinə verdiyi töhfəni inkar edər.
Bu gün Türkiyə Əfqanıstandan Kosovoya, Bosniya-Herseqovinadan Afrika buynuzuna qədər NATO-nun bir çox əməliyyatlarında aktiv rol oynayır. O, İzmirdə NATO-nun quru komandanlığına, Kürəcikdə strateji cəhətdən önəmli olan radar sistemlərinə ev sahibliyi edir. Eyni zamanda müttəfiqlərinə İncirlik və Konya bazalarını NATO əməliyyatları üçün istifadə etməyə imkan verir, Yaxın Şərqdə terrorçulara qarşı aktiv şəkildə döyüşür. Türkiyə bu gün NATO əməliyyatlarında səhnə alan ən aktiv 5-ci, NATO büdcəsinə ən çox dəstək verən 8-ci ölkədir.
Bu dəqiq olaraq biryollu əlaqə deyil. Türkiyə NATO-ya üzvlükdən çox fayda qazanıb. NATO heç vaxt Türkiyəyə Birinci (1991) və İkinci (2003) İraq müharibələri dövründə həmçinin Suriyadakı davam edən vətəndaş müharibəsi ərzində anti-ballistik raket sistemləri verməkdə tərəddüd etməyib. Türkiyə alyansın dəstəyini qazanmaq üçün 4 dəfə NATO nizamnaməsinin 4-cü maddəsini işə salıb.
Üstəlik, Türkiyə öz qayğıları və açar strateji və siyasi problemlərini işıqlandırmaq üçün NATO-dan platforma kimi istifadə edib. Məsələn Türkiyə NATO çətiri altında Afrindəki hərbi əməliyyatlarına qarşı daha sərt reaksiyalardan yayına bildi.
Bu faktların hamısının yazıda yer almasının səbəbi isə Türkiyənin ittifaq daxilində təcrid olunmuş üzv olduğuna dair fikirlərin boş olmasını göstərməkdir. Hətta bəzən Türkiyənin qeyri-NATO ölkəsi olduğu da deyilir.
Həm Ankara, həm də NATO bu trenddən narahatdır. Buna görə də, hər iki tərəf Türkiyənin NATO-dakı yerini yenidən canlandırmağın zəruriliyini anlayır. NATO perspektivindən Türkiyənin alyansa uzunmüddətli dəstəklərini vurğulayan aktiv media və sosial media kampaniyası aparılmalıdır. NATO Baş katibi Yens Stoltenberq bəzən bu kampaniyanı aparır. Lakin görünən odur ki, bu bəzi əsas NATO ölkələrində daha ciddi şəkildə aparılmalıdır. Türkiyənin dəstəkləri və NATO fəaliyyətlərində iştirakı qərb mediasında daha yaxşı işıqlandırılmalıdır.
Türkiyənin bu mövzudakı payı isə daha ağır və daha əhəmiyyətlidir. S-400 anti-ballistik raket alınmasını götürək: Görünür Türkiyə bu haqlı niyyətindən vaz keçməyəcək. Lakin Türkiyə, bu addımın NATO-nun kollektiv müdafiə sistemləri üzərində hər hansı zəiflik və ya boşluq yaratmayacağına dair əminlik yaratmalı və Rusiya ilə əlaqələrinin NATO-ya olan bağlılığını zəiflətməyəcəyinə təşkilatı inandırmalıdır.
Ağalar Ağalarlı
Ordu.az