Ordu.az “Telegraf” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi məqsədlər üçün istifadə olunan BMP-1AK maşınları üzrə imzalanan müqavilə əsasında artıq ilk partiya Ukrayna Quru Qoşunlarına təhvil verilib.
Bununla belə, Ukraynanın neçə belə maşın alması və ya ümumilikdə neçəsini sifariş verməsi barədə məlumat verilmir.
Ağalar Qəribov
Ordu.az