Rusiya MN: 2017-ci il ərzində 4 polk S-400-lərlə təchiz edilib

2018/04/1428_1523006362.png
Oxunub: 2534     17:21     06 Aprel 2018    
“Geridə qalan 2017-ci il çərçivəsində Rusiya Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Qoşunlarının 4 polku S-400 “Triumf” zenit raket kompleksləri ilə təchiz edilib”.

Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinin baş komandan müavini, general-leytenant Viktor Qumyonnıy bəyan edib.

“S-400-lərlə yanaşı Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Qoşunlarını 20-dən çox “Pantsir-S”, 70-dən çox “Bebo-M”, “Podlyot-K1” və digər radar stansiyaları ilə təchiz edilib”, - deyə Qumyonnıy bildirib.

O əlavə edib ki, yeni hərbi texnikalarla təchizat ordunun 60 faizinin müasir silahlarla təmin edilməsi formasında statistikada ifadə olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   S-400  


Bizi "telegram"da izləyin