Ordu.az Gazeta.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, S-400 Çinə bütövlükdə çatdırılmayıb, yardımçı avadanlıqlar hələ Pekin tərəfindən təhvil alınmayıb.
Belə ki, S-400 Çinə üç gəmi ilə göndərilib. İlk iki gəmi ilə bir problem yaranmasa da, əlavə avadanlıqları daşıyan üçüncü gəmidəki hissələr xəsarət alıb. Bu səbəbdən Rusiya onun geri qayıtması barədə qərar qəbul edib. Əlavə hissələrin Çinə yayda təhvil veriləcəyi gözlənilir.
Ağalar Qəribov
Ordu.az