Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni raketlər Suriyanın öz istehsalıdır.
“Golan 65”, “Golan 250”, “Golan 300” və “Golan 400” adlarını alan Suriya reaktiv yaylım atəşi sistemləri müxtəlif kalibrə malikdir.
Məlumata görə, Suriya ordusunda “Golan 300” xüsusi məşhurluğa malikdir. Onun reaktiv mərmisi 360 millimetr kalibrə malikdir, çəkisi 180 kiloqramdır və 1,5 kilometr məsafədə yerləşən hədəfləri vura bilir. Atəş qurğusunda 12 ədəd istiqamətləndirici oyuq var.
Bu sistemlər ilk dəfə Dəməşq vilayətinin cənub-qərbində yerləşən Bey-Conn şəhəri ərazisində tətbiq olunub. Bu ərazi Colan təpələri yaxınlığında yerləşdiyindən silaha da məhz onların adı verilib.
Hazırda Şərqi Qutada baş verən döyüşlərdə isə “Golan 400” sistemləri istifadə edilir. Onlar adətən QAZ-3308 “Sadko” şassisi üzərinə quraşdırılır.
Ağalar Qəribov
Ordu.az