Ukrayna HDQ yeni “Lan” raket katerləri ilə təchiz ediləcək

2018/03/orig-1512477114f3ab59c70ea01c4b5e8060dad298c162234_1522225796.jpeg
Oxunub: 1383     16:28     28 Mart 2018    
Ukrayna Hərbi Dəniz Qüvvələri yerli istehsal olan yeni “Lan” raket kraterləri ilə təchiz olunacaq.

Ordu.az Segodnya.ua saytına istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri üçün yeni katerin əsası artıq qarşıdakı yay çərçivəsində qoyulacaq.

Bu məlumatı həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral İqor Voronçenko təsdiqləyib.

Məlumata görə, hazırda katerin layihəsi müasir standartlara uyğunlaşdırılır. “Lan”ların gəmi əleyhinə “Neptun” raketləri ilə təchiz olunacağı gözlənilir.

Qeyd edək ki, ilk “Lan” kateri Ukrayna donanmasına 2019-cu ildə təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lan   Raket-kateri   Ukrayna  


Bizi "telegram"da izləyin