Qarinin hiperboloidi ilə müqayisə: Rusiyanın yeni döyüş lazer kompleksi

2018/03/456456_1520667781.jpg
Oxunub: 1987     15:43     10 Mart 2018    
Martın 1-də Federal Məclisə müraciət ünvanlayan Rusiyanın prezidenti Vladimir Putin yerli müdafiə sənayesinin altı yeni silah sistemindən bəhs etdi. Rusiya dövlət başçısı strateji nüvə qüvvələrinin və digər ordu strukturlarının yeni silah sistemləri barədə məlumatları açıqladı. Təqdim olunan nümunələrdən biri digərlərindən fərqli olaraq, strateji nüvə silahlarının kateqoriyasına aid olmasa da böyük maraq doğurdu. Rusiya sənayesi yeni döyüş lazer kompleksi yaradıb.

Yerli müdafiə sənayesinin son nailiyyətləri barədə danışan V. Putin qabaqcıl xarici layihələr barədə də danışdı. Bir sıra xarici dövlətlər yeni fiziki prinsiplərə əsaslanan gələcək perspektivli silah modelləri üzərində işləyirlər. Putinin sözlərinə görə, bu sahədə Rusiyanın rəqiblərindən bir addım daha öndə olduğuna inanmaq üçün hər bir səbəb mövcuddur.

O, lazer silahları sahəsində əhəmiyyətli nəticələrin əldə olunduğunu qeyd edib. Eyni zamanda, burada söhbət ideyaların nəzəri cəhətdən hazırlanmasından, layihələrin yaradılmasından və ya kütləvi istehsalın başlanğıcından getmir. Yeni rus lazer kompleksi artıq qoşunlara verilib. Bu cür ilk sistem keçən il Rusiya ordusuna verildi.

V. Putin yeni layihənin detallarını açıqlamaq və perspektivli silahların əsas xüsusiyyətlərini və potensiallarını aydınlaşdırmaq istəmədi. Buna baxmayaraq, o qeyd etdi ki, mütəxəssislər bu cür sistemlərin görünüşündən mümkün nəticələri ehtimal edə biləcəklər. Lazer döyüş sistemlərinin olması Rusiyanın təhlükəsizliyini təmin etmək üçün imkanları artırır.

Baharın ilk günündə təqdim olunan bir neçə yeni silah kimi, döyüş lazer kompleksi hələ öz adına malik deyil. Bu baxımdan, Putin hər kəsi bu sistem üçün ad variantları üzərində düşünməyə dəvət etdi. Müdafiə Nazirliyi isə hər kəsin döyüş lazerinin və digər inkişaf etmiş sistemlərin adını təklif edə bilsin deyə xüsusi bir internet xidmətini işə saldı.


Kompleksın maşınları səfərdə

Növbəti gün Vladimir Putin Kalininqradda keçirilən Ümumrusiya Xalq Cəbhəsinin V media forumunda çıxış edərək, bu hadisə çərçivəsində yenə də perspektivli silahların mövzusuna toxundu. O, döyüş lazerini həqiqətdə həyata keçirilən bir elmi fantastika adlandırdı. Prezident bu silahı A.N.Tolstoyun eyni adlı romanındakı mühəndis Qarinin hiperboloidi ilə müqayisə etdi.

Döyüş lazer kompleksi haqqında Vladimir Putinin qısa hekayəsi bir video ilə müşaiyət olundu. Məlum səbəblərdən video çox qısa idi və cəmi 21 saniyə davam etdi. Digər videolardan fərqli olaraq, bu dəfə yalnız kompleks səfərdə, yerləşmə rayonunda və döyüş mövqeyində nümayiş olundu. Bu silahdan istifadə edilməsi kadrlarında real fotolardan ibarət idi, yəni digər silahlarda olduğu kimi kompüter qrafikasından istifadə edilmədi. Lakin, bu şəkildə video olduqca maraqlı idi və müəyyən məlumatları verirdi.

Döyüş lazer kompleksinin nümayişi, sistemin səfərdə çəkilən fotoları ilə başladı. Xüsusi konstruksiyanın tərkibində qoşquları olan iki dartıcı obyektivə yaxalanıb. Sonra isə ərazidə kompleksin yerləşdirilməsi zamanı daha çox texnika müşahidə olunub. Lazer daşıyan döyüş vasitəsinin yaxınlığında bu və ya digər köməkçi avadanlıqla təchiz edilən xüsusi avadanlıqlar da diqqəti cəlb edirdi.


Quraşdırılma prosesində kompleks

Kompleksin idarəetmə mərkəzi olan kadrlar xüsusi maraq doğurur. Tamaşaçılara "ARM-1" və "ARM-2" (ehtimal ki, "avtomatlaşdırılmış iş yerlərinin" nömrələridir) və bəzi avadanlıqlar da daxil olmaqla bir neçə monitor nümayiş etdirdi. Kompleksin nəzarət sistemində kompüter tipli klaviatura, idarəetmə düymələri və məlum olmayan bir təyinat bloku yer alır. İş yerində rabitə sisteminin telefon dəstəkləri mövcuddur.

Video lazer kompleksinin əsas blokunun nümayişi ilə başa çatır. Xarakterik görünüş kompleksin üfüqi və şaquli istiqamətdə tuşlama və idarəetmə sistemlərinin işini göstərirdi. Avadanlıq quraşdırılan və ya çıxarılan qoruyucu örtüyün müxtəlif vəziyyətlərində çalışa bilir. Ancaq ən vacib olan hədəflərə "atəş" nümayiş etdirilmədi. Rusiya Müdafiə Nazirliyinin rəsmi videosu göstərir ki, döyüş lazer kompleksi bir neçə maşından ibarətdir. Çox ehtimal ki, kompleks döyüş modulunun daşıyıcısından başqa idarəetmə və rabitə maşınlarından, mobil elektik stansiyasından və digər elementlərdən ibarətdir. Bütün bu sistemlərin birgə işi verilən döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etməlidir. Aydın səbəblərdən görə, lazer qurğusu daha çox marağa səbəb oldu. Döyüş lazeri avadanlıqlarının ölçüsü və kütləsi böyükdür, buna görə də onlar beş oxlu qoşqular üzərində quraşdırılır. Qoşqunun mərkəzində və arxasında dörd ədəd elektrik qaldırıcı var. Bu qaldırıcıların köməyi ilə qoşqu doyüş vəziyyətinə gətirilməsi üçün yerdən qaldırılaraq tarazlaşdırılır.


Qoşqunu səfər vəziyyətində ümumi görünüşü

Lazer olan qoşqunun ön hissəsi, birləşdirici mexanizmin üstündə bəzi köməkçi sistemlərdən ibarət orta ölçülü örtüklə təchiz olunub. Yan tərəfdəki örtüklərin barmaqlıqları və damdakı havalandırma qurğusu daxildə yerləşən avadanlıqların tərkibinə işarə edir. Əsas platforma iki böyük konteyner korpusu daşıyır. Öndə isə aparatlar yerləşən nisbətən kiçik platforma yerləşir. Lazer qurğusu isə arxa hissədədir. O, uzunluğu və daha mürəkkəb xarici görünüşü ilə xarakterizə olunur.

Arxa konteynerin ön tərəfi maksimum ölçülərə malikdir. Onun arxasında, tərəflər və dam kiçik bir örtük əmələ gətirir. Əslində konteynerin sonunda lazer qurğusu yerləşdirilib, onun yuxarısında isə sürüşərək açılan bir dam mövcuddur. П-formalı konfiqurasiyalı aqreqatın qatlanan arxa qapıları əməliyyat üçün hazırlıq vəziyyətinə gətirilərkən irəliyə doğru sürüşür və korpusun nisbətən kiçik hissəsinin üstünə keçir. Bu lazer sisteminin tuşlama bucaqlarını məhdudlaşdırmadan sərbəst işləməsinə mane olmur.

Qoşqunun sonunda, yan tərəflərin və sürüşən dam örtüyünün altında lazer qurğusu yerləşir. Şaquli oxu ətrafında dönmə imkanı olmayan U- şəkilli dəstək qurğusu silahın əsasını təşkil edir. Dəstək qurğusunda düzbucaq formalı hərəkətli böyük bir blok yerləşir. Onun divarlarından birində dönmə funksiyası olan hədəf avadanlıqları üçün bir bağlantı yerləri var. İki hərəkətli şarnir birləşməsi lazerin istənilən istiqamətdə tuşlanmasını təmin edir.

Qurğunun üst hissəsi kəsilən ön və silindrik formalı arxa hissəyə malikdir.Korpusun sol tərəfində avadanlıqlar üçün müxtəlif ölçülü iki boruşəkilli örtük var. Korpusun ön maili hissəsi hərəkətli örtüklə bağlanır. Səfər vəziyyətində örtük tərəflər üzərində dayanır, döyüş vəziyyətində isə yüksələrək daxili avadanlıqların istifadəsinə imkan verir. Yan silindrik formalı qapaqlar da çıxarıla bilən örtüklər ilə təchiz edilir.


Qapalı örtüklü lazer qurğusu

Lazer qurğusu quruluşu və daxili mexanizmləri barədə heç bir məlumat yoxdur. Lazer şüalandırıcı daha böyük olan korpusda yerləşdiyini ehtimal etmək olar. Bu halda, yan borularda müşahidə, aşkarletmə və izləmə optik-elektronik vasitələr olmalıdır. Lazerin növü və onun texniki xüsusiyyətləri məlum deyil. Ən yaxşı halda, onlar barədə gələcəkdə məlumatlar dərc olunacaq.

Federal Məclisə göndərdiyi müraciətdə Putin yalnız adsız lazer kompleksinin mövcudluğunu açıqladı və ətraflı məlumatları açıqlamadı. Əslində bu qurğunun təyinatı da rəsmən elan edilməyib. Mobil lazer silahının harada, necə və nə üçün istifadə ediləcəyini yalnız təxmin etmək olar. Bəzi təxminlər və proqnozlar artıq məlumdur, lakin onlar gələcəkdə təsdiqini tapmaya da bilər.

Lazer kompleksi hava hücumundan müdafiə vasitəsi kimi də istifadə edilə bilər. Kifayət qədər güclü döyüş lazeri, düşmənin pilotlu və pilotsuz hava vasitələrinə qarşı əlverişli mübaizə vasitəsi ola bilər. Bu halda, ehtimal ki, hədəfin fiziki məhvi deyil, onun sıradan çıxarılmasından söhbət gedəcək.

Müasir döyüş təyyarələri və PUA-lar kəşfiyyat aparılması, hədəflərin aşkar edilməsi və silahların istifadəsi üçün nəzərdə tutulan bir çox optik-elektron sistemlər ilə təchiz olunur. Kifayət qədər güclü lazer şüası optikanın həssas elementlərinə zərər verə bilər və ən azı bir müddət onları sıradan çıxara bilər. Nəticədə, təyyarələr və ya PUA- lar bəzi funksiyalarını itirəcək və tapşırığı yerinə yetirməyə davam edə bilməyəcəklər.


Kompleks döyüş mövqeyindədir

Əslində döyüş lazer kompleksini texnikaları və ya silah sistemlərini məhv etmə vasitəsi kimi qiymətləndirmək kimi daha cəsarətli bir fərziyyə irəli sürməyə heç nə mane olmur. Nəzəri olaraq, yüksək güclü bir lazer şüası obyektə istilik enerjisini ötürməyə və onu məhv etməyə imkan verir. Hədəfin korpusunu əridən lazer raketlərin döyüş başlığını partlada bilər, təyyarənin yanacağının alovlanmasına və ya elektron sistemlərin əriməsinə səbəb ola bilər. Lazer silahların bu təyinatlar üçün istifadə edilməsi bir neçə onilliklər ərzində işlənən mövzular siyahısına daxildir. Bu yeni layihədə də belə ideyaların inkişaf etdirilməsi istisna deyil.

Konkret tətbiq sahəsindən, məqsədindən və vəzifələrindən asılı olmayaraq döyüş təyinatlı lazerin oxşar məqsədi digər sistemlərdən bəzi xüsusi üstünlükləri ilə fərqlənir. Beləliklə, optik-elektron təzyiq vasitəsi kimi çıxış edən lazer alternativi olmayan bir sistemdir. Taktik və ya pilotsuz vasitələrlə mübarizədə bütün mövcud silah komplekslər fərqli prinsiplərdən istifadə edir. Təyyarənin sıradan çıxarılması onlar üçün hədəfin "tamamilə məhvindən" ibarətdir. Aydındır ki, döyüş təyyarələrinin elektron sistemlərini sıradan çıxarmaq bahalı idarəolunan raket və ya artilleriya sistemlərindən istifadə edərək tam həcmli hücum həyata keçirməkdən daha asan və daha sürətlidir.

Yeni kompleks aviasiya vasitələrinin elementlərini əritməyə qadir olan kifayət qədər güclü bir lazerlə təchiz edilibsə, o zaman mövcud qısa məsafəli zenit qurğularına maraqlı rəqib olması da mümkündür. Xatırladaq ki, istilik enerjisinin şüa ilə ötürülməsi bəzi problemlərlə bağlıdır. Birincisi, istənilən nəticəni əldə etmək üçün hədəfə uzunmüddətli təsir göstərmək lazım ola bilər. Bundan əlavə, obyektin müvəffəqiyyətlə qızdırılmasına hava hadisələri də daxil olmaqla müxtəlif amillər mane ola bilər.


Heyətin avtomatlaşdırılan iş yerləri

Müəyyən məhdudiyyətlərə malik olan təyyarə əleyhinə zenit lazer kompleksi, raket rəqibindən nisbətən daha ucuzdur. Seçilən hədəfləri vuran hər bir idarə olunan raket olduqca yüksək qiymətə malikdir. Lazer kompleksinin "atəşi"nin qiyməti isə raket qiymətindən yüz, bəlkə də min dəfə kiçikdir, lakin lazer kompleksinin özü daha yüksək xərclərlə müşayiət olunur. Beləliklə, hava hücumundan müdafiə sistemində lazer sistemlərindən daha effektiv istifadə etmək və ən yaxşı iqtisadi nəticələr əldə edilməsi üçün yeni üsullar və metodlar hazırlamaq lazımdır.

Döyüş lazerlərinin yaradıcılarının əsas problemlərindən biri enerji təchizatıdır. Yüksək güclü lazerin uyğun olaraq kifayət qədər böyük enerjiyə ehtiyacı var. Göstərilən videoda adı açıqlanmayan lazer qurğusunun qoşqusu yanında kompleksin ikinci maşını görünür.

Qurğular çox sayda kabellərlə bir-birinə bağlıdır. Bu aydın şəkildə göstərir ki, elektrik generatoru lazerlə bir şassi üzərində yerləşdirilə bilməyib və buna görə də kompleksin ayrı bir elementi kimi hazırlanıb. Ayrıca yerləşdirilən enerji qurğusu ən cəsarətli fərziyyələr irəli sürməyə imkan verir. Kompleksin müzakirələrində kifayət qədər enerji istehsal edən nüvə stansiyasının tətbiqi ilə əlaqədar təkliflər olması da istisna deyil. Bu versiyayanı V. Putin tərəfindən açıqlanan digər sahələrdə əldə olunan nailiyyətlər dolayısı ilə təsdiqləyir. Kiçik ölçülü sualtı vasitələrinə quraşdırılmaq üçün kifayət qədər güclü yeni kompakt nüvə sistemi sınaqdan keçirilib. Bunlar əslində real layihədən çox cəsarətli fantaziyanın məhsuludur.


Rusiya prezidenti, perspektiv döyüş lazer kompleksinin hazırlanıb qoşunlara çatdırıldığını ifadə etdi. Bu tip ilk sistem ötən il silahlı qüvvələrə təslim edilib. Aydındır ki, komplekslərin hazırlanması davam edəcək və yaxın gələcəkdə hava hücumundan müdafiə birləşmələri (əgər həqiqətən də bunlar zenit sistemidirsə) bu cür komplekslərin əhəmiyyətli bir hissəsini əldə edəcək. Təchizat qoşunlarının müdafiə potensialına və eyni zamanda ölkənin müdafiə qabiliyyətinə əhəmiyyətli təsir göstərəcək.

Putinin çıxışında perspektivli lazer kompleksinin ən maraqlı xüsusiyyətlərini açıqlamaması da mütəxəssislərin və hərbi texnika pərəstişkarlarının ürəyincə olmadı. Ancaq ictimaiyyət tamamilə işdən də kənar qalmadı. Məlum olduğu kimi, döyüş lazerinə və bir sıra digər perspektiv silah növlərinə hələ də ad verilməyib. Ölkənin hərbi və siyasi rəhbərliyi bu məsələni özü həll etməyərək xalqdan kömək istədi. Bütün arzu edənlər döyüş lazer kompleksi də daxil olmaqla, yeni silahlar üçün öz variantlarını təklif edə bilərlər.

Ölkədə və xaricdə böyük marağa səbəb olan, Federal Məclisə ünvanlanan çıxışında Rusiya prezidenti V. Putin bir sıra yeni silah və sistem modellərini təsvir etdi. Bu sistemlərdə oyun qaydalarını dəyişən yeni qurğulardan və yanaşmalardan istifadə olunub. Vəziyyəti kökündən dəyişdirmək yollarından biri də döyüş lazer kompleksləri olacaq. Bu sistem, hətta öz adına malik olmasa da, artıq qoşunların silahlanmasına daxil olur və Rusiyanın təhlükəsizliyinə töhfə verir.

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Döyüş-Lazer-Kompleksi   Putin  


Bizi "telegram"da izləyin