Belarus Əbu-Dabidəki sərgidə yeni PUA-sını təqdim edib

2018/03/147331266419046463456456_1520502426.jpg
Oxunub: 1570     21:04     08 Mart 2018    
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhərində keçirlən sərgidə 34 ölkədən olan nümayəndələr aviasiya, su və yürüstü pilotsuz sistemlərini nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Belarus Milli Elmlər Akaemiyası sərgidə bir sıra PUA-lar və UMEX-2018 təlim sistemlərini nümayiş etdirib.

Belaruslu istehsalçılar artıq yaxşı məlum “Busel” və “Burevestnik” pilotsuz qurğu ailəsini nümayiş etidiriblər. Mütəxəssislər drijabl bazasında yaradılan PUA-nı da fərqləndiriblər.

Həmçinin “Yastreb” PUA-sının ən müasir versiyası hazırlanıb. PUA-nın yük qaldırma qabiliyyəti 120 kiloqram təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Busel   Burevestnik   PUA  


Bizi "telegram"da izləyin