Afrindəki Türkiyə tankları üçün yeni raket sistemləri istifadəyə hazırdır

2018/03/received_2489281807964639_1520355066.jpeg
Oxunub: 3872     00:41     07 Mart 2018    
Türkiyə Müdafiə şirkəti ASELSAN və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən Afrindəki Türkiyə tanklarını qorumaq üçün birlikdə hazırlanan yeni müdafiə sistemləri istifadəyə hazırdır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Naziri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, “Akkor Polad” adlandırılan yeni sistem ilkin sınaqları uğurla tamamlayıb. O, tanklara 360 dərəcə müdafiə təmin edə bilir. Həmçinin bu sistem Afrində istifadə edilən ilk aktiv müdafiə sistemi olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin