“Raytheon” ABŞ donanması ilə yeni müqavilə imzalayıb

2018/03/p1651166213_1520273581.jpg
Oxunub: 2911     02:55     06 Mart 2018    
“Raytheon” ABŞ donanması ilə yeni dəniz hədəf proqramlarının “Tomahawk Block IV” qanadlı raketlərinə yerləşdirilməsi ilə bağlı müqavilə bağlayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, müqavilənin məqsədi sözügedən raketin sınaq uçuşunun dəstəklənməsidir.

ABŞ Dəniz Hava Sistemləri Komandanlığı 627 min dollarlıq müqavilənin həyata keçirilməsi nəticəsində, həmin raketin dənizdəki hərəkət edən hədəflərin öhdəsindən gəlməkdə daha uğurlu olacağını açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ-donanması  


Bizi "telegram"da izləyin