Hindistan Rusiyadan S-400 sistemləri almağı düşünür

2018/03/alalam_635949355188739574_25f_4x334534_1520238314.jpg
Oxunub: 1517     16:30     05 Mart 2018    
Hindistan Rusiyadan ən qabaqcıl müdafiə raket sistemləri almağa çalışır, lakin qiymət üzərindəki anlaşmazlıq gecikməyə səbəb olur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan mətbuatı 6 milyard 142 milyon dollarlıq S-400 “Triumf” havadan müdafiə raket sistemlərinin alınmasına dair müqavilənin qiymətə görə hələ də imzalanmadığını bildirir.

Məlumata görə, qarşıdakı günlərdə Moskvaya səfər edəcək Hindistan Müdafiə naziri Nirmala Sitharamanın bu məsələni də müzakirə edəcəyi gözlənilir.

Hindistanın bu sistemləri almasına əsas səbəb kimi 4000 kilometrlik Hindistan-Çin sərhədində Çinin hərbi manevrlərini artırması göstərilir. Rusiyanın ən qabaqcıl uzaq mənzilli yer-hava müdafiə sistemi olan S-400 isə düşməndən gələn istənilən raket, təyyarə və hətta dronları 400 kilometr məsafədən məhv etməyə qadirdir.

Qeyd edək ki, sözügedən sistemlərin ilk xarici alıcısı da elə Çin olub. Hələ 2014-cü ildə imzalanan satınalma müqaviləsinə əsasən sistemlərin Çinə çatdırılması isə bir müddət öncə başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Rusiya   S-400  


Bizi "telegram"da izləyin