Ordu.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O, həmçinin nüvə bombası daşıya bilən yeni sualtı dronlar, atom döyüş başlıqlı qanadlı raketlər və supersəs raketlərinin də sınaqdan keçirildiyini vurğulayıb.
Putinin sözlərinə görə, ötən ilin payızında sınaqdan keçirilən supersəs raketi məhdudiyyətsiz mənzilə və istənilən raketdən müdafiəni məhv etməyə qadirdir.
Çıxışında yüksək sürətli sualtı drondan da danışan Putin, bu dronun nüvə başlığı daşıya bildiyini və həm aviadaşıyıcıları, həm də sahildəki obyektləri hədəf ala bildiyiniəlavə edib.
Ağalar Ağalarlı
Ordu.az