Ukrayna "Oplot" tanklarını bu il qəbul edəcək

2018/02/45685465161_1519630003.jpg
Oxunub: 3181     15:25     26 Fevral 2018    
“Biz ən müasir “Oplot” tanklarını ötən ilin sonu və ya bu ilin əvvəlində qəbul edəcəyimizi düşünürdük, lakin müdafiə sənayesində bəzi gecikmələrə görə bu ilin sonuna bu tankları əldə edəcəyimizi güman edirik”.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi Viktor Muzenko səsləndirib.

O, eyni zamanda silahlı qüvvələrin “Stugna” və “Korsar” anti-tank komplekslərinin də bu il qəbul ediləcəyini əlavə edib.

Qeyd edək ki, sözügedən komplekslər Ukrayna ordusu tərəfindən artıq sınaqdan keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Oplot   Stugna  


Bizi "telegram"da izləyin