Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni “Eskadron İnnovasiya Fondu” ilə hər eskadrona 10 minlə 30 min dollar arası vəsait çatdırılacaq.
ABŞ HHQ-nin generalı Devid Qoldfein bunun HHQ-yə problemləri həll etmək və ən son texnoloji yeniliklərdən istifadə etmə gücü verəcəyinə ümid etdiyini bildirib.
“Bu pul öz bölmələrinin hansı ideyaları sınamaq, təcrübədən keçirmək və etibar etməyə ehtiyacı olduğunu bilən komandirlərə veriləcək. Bu, bir növ həmin komandirlərə inam məsələsidir. Çünki xalq da bunu edir. İnnovasiyada bizə inanır. Eyni zamanda biz də rəqabətin qızışdığı bir dünyada məhv etmə qabiliyyətimizi və döyüş hazırlığımızı yüksəldirik”, - deyə general əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az