“Raytheon” və “Thales” DIMDEX 2018-in “gümüş sponsorları”

2018/02/345345-(2)_1519290541.jpg
Oxunub: 2816     17:07     22 Fevral 2018    
Qlobal müdafiə şirkəti “Raytheon” və Fransa müdafiə elektronika qrupu “Thales” Yaxın Şərqin aparıcı dəniz müdafiə şousunun (DIMDEX) 6-cı sərgisinin “Gümüş Sponsorları”dır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Doha Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransının təşkilat komitəsi elan edib.

DIMDEX 2018 martın 12-dən 14-nə qədər Əmir Şeyx Təmim ibn Həmad əl Taninin rəhbərliyi altında Qətər Silahlı Qüvvələrinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki DIMDEX 2018-də dünyanın müxtəlif yerlərindən 60-dan çox ölkənin 180-dən çox şirkəti iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DIMDEX-2018   Raytheon   Thales  


Bizi "telegram"da izləyin