KXDR-in xaker qrupu kiber müharibə imkanlarını artırır

2018/02/received_2479620718930748_1519230934.jpeg
Oxunub: 2623     00:36     22 Fevral 2018    
Şimali Koreyanın “Reaper” xaker qrupu döyüş qabiliyyətlərində irəliləyiş əldə edərək qabaqcıl təhdid halına gəlir.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın kiber təhlükəsizlik üzrə şirkətləri bildirir.

Analitiklər təcrid olunmuş, lakin nüvə silahlı KXDR-in kiber əməliyyatlarda irəliləyiş əldə etdiyini və bunu əsasən sanksiyalardan yoxsullaşan rejim üçün pul qazanma metoduna gətirdiyini vurğulayır.

Ekspertlər tərəfindən Şimali Koreya ilə əlaqəsi olduğu aşkar edilən kiber hücumlar əsasən aerokosmos, telekommunikasiya və maliyyə kompaniyalarına qarşı yönəlir.

Lakin Şimali Koreya bütün bu ittihamları rədd edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Kiber-təhlükəsizlik   Reaper  


Bizi "telegram"da izləyin