ABŞ prezidenti Donald Trampın 2019-cu maliyyə ili üçün nəzərdə tutulan büdcə layihəsində KXDR-in raketlərinə qarşı lazer dronlarının hazırlanması məqsədilə 66 milyon dollar tələb olunub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu vəsaitlə əldə olunacaq və dronlara yerləşdirilə bilən lazerlər düşmən raketlərin məhv edilməsində istifadə ediləcək.
Vəsaitin 61 milyon dolları “Dron üstündə lazer” proqramının davam etdirilməsi, 5 milyon dolları isə lazerin dağıdıcı gücünü möhkəmləndirmək üçün ayrılacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Pnetaqon
Texnologiya
Lazer-dronları