Ordu.az xəbər verir ki, bu fikirlər “Washington Examiner” dərgisində çıxan bir məqalədə qeyd olunub.
Kağız üzərində robot döyüşçülərin niyə bu qədər cəzbedici olduqlarını başa düşmək asandır. Ən sadə formada robotlar duyğusal bədənə sahib deyillər (ən azından hələlik), buna görə də insanların onlarla əvəzlənməsi ilə müharibənin əxlaqi və mənəvi təsiri azaldıla bilər. Bundan başqa robotun kəşfiyyata və döyüş şəbəkəsinə qarşı daha bacarıqlı olması daha məsuliyyətli və təsirli döyüşməsinə imkan yaradır.
Təsəvvür edin ki, bir robot birlikdə əməliyyat apardığı başqa bir robotdan 10 mil kənarda gizli düşmən dəstəsinin olduğunu aşkar edir. Bu vəziyyətdə insan olsa, onların bir-birinə xəbər ötürməsi xeyli vaxt ala bilər, lakin robotlar isə bir andaca bir-birlərinə siqnal ötürməklə məlumat verə bilərlər.
Hələ də insanların etdiyi bəzi şeylər var ki, robotlar bacarmır. Məsələn onların vəziyyətin nüanslarına görə cavab vermə qabiliyyəti var. Deyək ki, onlar bir insanın bədən dilinə əsasən terrorçu olduğunu anlaya, mədəni identifikasiyaya uyğunlaşa və ən əhəmiyyətlisi isə birlikdə hərəkət etdikləri şəxslərin etibarını qazana bilərlər. Bu üsyan mühitində olduqca əhəmiyyətlidir. Hətta deyə bilərik ki, düşməni məhv etməkdənsə, başqalarının etibarını qazanma bacarığı daha vacibdir.
Üstəlik insanlardan fərqli olaraq, robotlar kiberhücuma məruz qala və öz mövqelərinə doğru yönləndirilə bilərlər. Bütövlükdə bir robot ordusu buna məruz qala bilər. Lakin bir nəfər, ya da kiçik bir qrup dəstə xəyanət etsə də, ümumilikdə bir insan alayının xəyanəti qeyri-mümkündür.
Əlbəttə ki, robotlar daha böyük atış qabiliyyətinə malikdirlər və arxalarında ailə qoyub getmirlər. Ordu da bunu nəzərə alaraq onların təlimlərini artırır. İstənilən halda gələcəkdəki müharibələrdə önəmli bir rol oynaya bilsələr də, həmişə insan personalı ilə birlikdə işləməli olacaqlar.
Ağalar Ağalarlı
Ordu.az