Ordu.az xəbər verir ki, bu barədə “Air International” nəşrinə istinadən məlumat yayıb.
Rusiyanın Suriyada istifadə etdiyi və Rusiya Aerokosmik Qüvvələrinin heyətində ən vacib PUA-larından biri İsrailin “IAI Searcher Mk II” oldu. Bu PUA-nın ilk nümunələri Rusiyaya 2010-cu ildə təhvil verilib.
Həmçinin “Ural” aviasiya zavodunun istehsal etdiyi “Forpost” PUA-ları da Suriyada iştirak edib. Hazırda Moskvada fəaliyyət göstərən “Kulon” elmi-tədqiqat mərkəzində “Forpost”ların modernləşdirilməsi aparılır.
“Forpost”un çəkisi 456 kiloqram təşkil edir, uçun müddəti isə 16 saatdır. Bu PUA-ların uçuş məsafəsi 150 kilometr, istiqamətlənmiş anten ilə təchiz olunduqları halda 250 kilometr təşkil edir.
Ekpsertlərin fikrincə, Rusiya PUA-larının əksəriyyəti kiçik ölçülərə malikdir, onların uçuş məsafələri isə onlarla kilometr təşkil edir. Lakin Rusiya Aerokosmik Qüvvələrinin silahlanmasında Fransa istehsalı olan “Orlan-10” PUA-sı xüsusi yer tutur. Onun çəkisi 18 kiloqramdır, havada 10 saat qala bilər və infraqırmızı diapazon kamerası, rəqəmsal fotokamera, o cümdənə mobil şəbəkə zənglərinə müdaxilə etməyə imkan verən qurğu var.
Rusiyanın Suriyada istifadə etdiyi digər PUA-lar isə “Elerson-3SV” və “Taxion”dur. Müvafiq ardıcıllıqla birinini çəkisi 5,3 kiloqram, digərininki isə 6,7 kiloqram təşkil edir. Hər iki PUA konteynerlərlə daşına bilir.
Ağalar Qəribov
Ordu.az