Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Şimali Dakota Universitetinin professoru, texnologiya üzrə ekspert Ceremi Straub səsləndirib.
Onun sözlərinə görə, ABŞ və Rusiyanın minlərlə nüvə silahını istifadədən çıxarmasına baxmayaraq, süni zəka yeni təhdid ola və meydana yeni “Soyuq Müharibə” çıxara bilər.
“Soyuq Müharibənin bitməsindən 30 il keçib, ABŞ və Rusiya on minlərlə nüvə silahını istifadədən çıxarıb. Lakin gərginlik artır. Müasir dövrün “Soyuq Müharibə”si kiber hücumları da ehtiva edəcək. Bu artıq baş verir”, - deyə o bildirib.
Straub iddia edir ki, dünyanın müxtəlif nüvə müqavilələri olmasına baxmayaraq, süni zəkanın gücləndirdiyi kiber silahlar hələ də hər iki tərəfdən sadəcə ədalətli oyun kimi nəzərdən keçirilir. Lakin süni zəka sistemlərinin insanlarla müqayisədə daha sürətli olan cəld qərarvermə qabiliyyəti var.
Professorun sözlərinə görə, hər hansı hücum zamanı süni zəka daha sürətli və heç bir tərəddüdsüz hərəkət edə bilir. Onlar həm də pilotsuz aparatlar kimi qeyri-nüvə silahlarının idarəolunmasında istifadə oluna bilər. Süni zəka koordinasiyalı hücum kiber, yaxud real dünya silahlarını insanlar hələ səbəbləri sezməzdən əvvəl başlada bilər. Onlar hədəfləri və texnikanı da insandan daha sürətli dəyişə bilir.
“Süni zəkanı tədqiq edən biri kimi dünyanın süni zəka tərəfindən qızışdırılan yeni bir “Soyuq Müharibə”yə daxil olacağından ehtiyat edirəm. Bəlkə də, artıq olmuşuq və mən tək də deyiləm. Bir çox tədqiqatçıları eyni narahatlığı dilə gətirir”, - deyə o, əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az