Ukrayna SQ “Javelin”ləri qəbul etməyə hazırlaşır

2018/01/received_2453945441498276_1516201949.jpeg
Oxunub: 3641     23:08     17 Yanvar 2018    
Ukrayna Silahlı Qüvvələrində “Javelin” tank əleyhinə komplekslərinin silahlanmaya qəbulu və istifadəsinin təmini üçün hazırlıq gedir”.

Ordu.az Fakty.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sədri Viktor Mujenko bəyan edib.

Mujenko bu bəyanatı NATO Hərbi Komitəsinin baş qərargah rəhbərləri səviyyəsində Brüsseldə keçirilən sessiyasında bildirib.

“Mövqe birdir: söhbət “Javelin”dən gedir. Onların əldə edilməsinin özünəməxsus proseduru var. Lakin bu prosedur istədiyimiz qədər sürətli deyil”, - deyə Mujenko bildirib.

Onun sözlərinə görə, öncə ekspertlər Ukraynanın bu silahı qəbul etməyə hazırlıq səbiyyəsi və onun saxlanılması şəraiti barədə mövqe ortaya qoymalıdırlar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   Javelin  


Bizi "telegram"da izləyin