Ordu.az BMPD portalına istiandən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı nəhayət ki, Ukrayna ordusunun tələbatını nəzərə alaraq müasir silahlar almaq qərarına gəlib.
Bu məqsədlə 800 ədəd “Stuqna” və “Korsar” tank əleyhinə müasir raket komplekslərinin, bir neçə min zirehli texnikanın məhv edilməsi üçün kumilyativ döyüş hissəi idarəolunan raketin, rəqibin gizli yerləri və qaynar nöqtələrini məhvi üçün qəlpəvari-fuqas tipli döyüş hissələrinin alınması planlaşdırılır.
Xüsusən yüngül və daşınan “Korsar”ların alınmas zəruridir, belə ki, onlar piyada qoşunlarının döyüş effektivliyinin artırılmasına imkan yaradır.
Həmçinin 500 ədəd PUA-nın alınması da planlaşdırılır.
Qeyd edək ki, bu qərar Ukrayna ordusunun ön cəbhədə vuruşan demək olar ki, bütün qoşunlarının silahlandırmaq üçün yetərli olacaq.
Ordu.az