Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Finlandiya müdafiə idxalı qurumu olan “Försvarets Мaterielverk” məlumat yayıb.
Məlumarda dəqiqləşdirilir ki, yanvarın 4–də Helsinkidə Finlandiya Müdafiə Qüvvələrinin maddi-texniki təminat komandanlığı ilə İsveç arasında 400 millimetrlik qayıq əleyhinə “Torpedsystem 47”lərin istehsalı üzrə müqavilə imzalanıb.
Torpedalar İsveçin “Saab Dynamics” şirkətində istehsal olunur.
Finlandiya donanmasının 2023-2025-ci illər ərzində bu torpedaları alması planlaşdırılır. 2019-cu ildə isə İsveç öz silahlanmasında olan 400 millimetrlik “Torpedsystem 45”ləri Finlandiyaya icarəyə verəcək.
Qeyd edək ki, Finlandiya 10 fevral 1947-ci ildə Parislə imzaladığı sülh müqaviləsinə əsasən silahlanmasında torpedalara malik olmaq hüququnu itirib. İndi isə bu məhdudiyyətin müddəti bitib.
Ordu.az