Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya aviasiya sənayesindən olan mənbələr məlumat verib.
“MiQ-35-in dövlət sınaqları 2017-ci ilin dekabrında yekunlaşıb. 2018-ci ilin əvvəllərində dövlət sınaqları başlayacaq. Sınaqların 2019-cu ildə tamamlanması gözlənilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, MiQ-35-in zavod sınaqlarının keçirilməsi barədə rəsmi məlumat yoxdur.
Xatırladaq ki, daha öncə MiQ-35-də lazer silahının quraşdırılacağı da bildirilirdi.
Ağalar Qəribov
Ordu.az