Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təyyarələr Belarusun Baranoviçi şəhərində yerləşən “558-ci Aviasiya təmiri zavodu” ASC-də təmir edildikdən və modernləşdirildikdən sonra Qazaxıstana təhvil verilib.
Qeyd edək ki, Qazaxıstan ordusunun silahlanmasında 12 ədəd Su-25 və 2 ədəd Su-25UB qırıcısı var. Bu təyyarələr Qazaxıstana 1990-cı illərdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Qazaxıstanın Tu-95MS strateji bombardmançılarının əvəzində verilib.
Ağalar Qəribov
Ordu.az