Səudiyyə Ərəbistanı üç yeni raket kateri sifariş verib

2018/01/49_1515065427.jpg
Oxunub: 3041     19:29     04 Yanvar 2018    
Səudiyyə Ərəbistanı “Combattante FS 56” layihəsinin daha öncə Livan üçün nəzərdə tutulan üç raket katerini özü üçün sifariş verib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “La Tribune” qəzeti məlumat yayıb. Katerlər Fransanın Şerbur hissəsində yerləşən CMN gəmiqayırma qrupunun tərsanəsində istehsal olunacaq.

Fransa sənayesinin bir neçə mənbəsinin məlumatına görə, bu müqavilənin qiyməti 250 milyon avro təşkil edir. Bu katerlər Livan Hərbi Dəniz Qüvvələri üçün Səudiyyə Ərəbistanının vəsaiti hesabına yaradılmalı idi.

Həmçinin əlavə edək ki, 2014-cü ilin avqustunda Səudiyyə Ərəbistanı Livan Təhlükəsizlik Qüvvələri üçün 1 milyard dollar ayıracağına söz verib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Livan   Fransa  


Bizi "telegram"da izləyin