“Qrom-2” raketlərinin görüntüləri ictimailəşdirilib - FOTOLAR (VİDEO)

2018/01/1514968661-1921324_3029941502.png
Oxunub: 4378     17:40     03 Yanvar 2018    
Ukraynada yeni “Qrom-2” operativ-taktiki raket kompleksinin mühərrikinin sınaqları keçirilib.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə “Ukrainskiy militarnıy portal” nəşri məlumat yayıb.

Sınaqların keçirilməsi zamanı raket kompleksinin şəkilləri çəkilərək şəbəkədə ictimailəşdirilib.

Qeyd edilir ki, an etibarilə raketin mühərriki uğurla sınaqdan keçirilib, kompleksin özü isə ilk sahə sınaqlarından keçirilir.

Bildirilir ki, “Qrom-2” 50 kilometrdən 280 kilometrədək olan məsafələrdə yerləşən tək və qrupşəkilli stasionar hədəflərin vurulması üçün nəzərdə tutulub. Raketin mobil atış qurğusu iki ədəd “hava-hava” tipli raketin eyni anda atılmasını həyata keçirməyə imkan verir.








Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qrom-2  


Bizi "telegram"da izləyin