Rusiya və Türkiyə S-400-lərə dair kredit müqaviləsi imzalayıb

2017/12/102678669534534_1514545550.jpg
Oxunub: 455     19:04     29 Dekabr 2017    
Türkiyə və Rusiya bu gün S-400 komplekslərinin alınması üzrə kreditlərə dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Haber Turk” telekanalı məlumat yayıb.

Məlumatda müqavilənin Ankarada imzalandığı bildirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 12-də Ankaranın Moskva ilə S-400-lərə dair müqavilə imzaladığını, hətta bunun üçün ilkin ödənişi etdiyini də bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Türkiyə-Rusiya  


Bizi "telegram"da izləyin