Rusiya Suriyada prespektivli “Tornado-S”i sınaqdan keçirib – VİDEO

2017/12/Tornado-S_1514287511.jpg
Oxunub: 489     19:21     26 Dekabr 2017    
“Suriyada “Tornado-S” reaktiv yaylım atəşi sistemi uğurla sınaqdan keçirilib”.

Ordu.az "Rossiyskaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Tulada yerləşən “Splav” elmi-istehsal birliyinin rəhbəri Vladimir Lepin 2017-ci ilin yekunları ilə əlaqədar danışarkən bildirib.

"“Tornado-S” reaktiv yaylım atəşi sistemi Rusiya ordusunda reaktiv artilleriyanın flaqmanı, 1987-ci il istehsalı olan 300 millimetrlik “Smerç”ləri əvəz edəcək. “Tornado” “Smerç”in dərinləşdirilən versiyasıdır. MAZ-ın dördoxlu bazasında qurulan döyüş maşınının görünüşü praktik olaraq dəyişməyib, lakin onun xüsusiyyətləri tamamilə yenidir"- deyə Lepin qeyd edib.

O bildirib ki, hər şeydən öncə, bu maşınlara peyk naviqasiyası ilə yeni alovu idarə sistemi – QLONASS quraşdırılıb. Bu isə onların imkanlarını bir neçə dəfə artırır.

2017-ci ildə ilk dəfə bu RYAS-larla Qərb Hərbi Dairəsi təchiz olunub. 2020-ci ilədək Rusiya ordusunun bötüvlükdə yeni “Tornado-S”lərlə təmin olunması nəzərdə tutulub.



Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Tornado-S  


Bizi "telegram"da izləyin