Rusiya xüsusi təyinatlıları “Tayfun-K”larla təchiz olunublar - VİDEO
Oxunub: 539
16:09
25 Dekabr 2017
“Rusiya Mərkəzi Hərbi Dairəsinin xüsusi təyinatlı bölməsinin silahlanmasına dövlət sifarişi əsasında hazırlanan və məsafədən idarə olunma moduluna malik 16 ədəd “Tayfun-K” zirehli maşını daxil olub”.
Ordu.az Arms-expo.ru saytına istinadən məlumat verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı, polkovnik Yaroslav Roşupkin bildirib.
“16 ədə “Tayfun-K”dan ibarət partiya Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlılarının silahlanmasına daxil olmaqla hərbi dairənin döyüş imkanlarını gücləndirdi. Yeni texnika Samarsk və Novosibirsk vilayətlərində yerləşən birləşmələrə verilib”, - deyə Roşupkin qeyd edib.