Moskva və Ər-Riyad ilin sonunadək S-400-lərin satışını razılaşdıracaq

2017/12/105164040521312312_1513877881.jpg
Oxunub: 489     01:03     22 Dekabr 2017    
Rusiya və Səudiyyə Ərəbistanı S-400 zenit rajet sistemlərinin satışına dair şərtləri cari ilin sonunadək razılaşdıracaq.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin bəyan edib.

“Səudiyyə Ərəbistanı ilə bir sıra məsələlər üzrə razılaşma paketi imzalanıb. O cümlədən S-400-lərin satışı və “Kalaşnikov” avtomatının bu ölkədə istehsalının təmin edilməsi də planlaşdırılır. Daha qəliz sistemlərə gəlincə isə, hazırda texnoloji məsələlər və maliyyə nüansları müzakirə edilir. Ümid edirəm ki, ilin sonunadək bütün suallara cavab ala biləcəyik”, - deyə Kojin bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səudiyyə-Ərəbistanı   S-400  


Bizi "telegram"da izləyin