Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan hərbi hava qüvvələri dövlət şirkəti olan “Hindistan Aeronavtika Limited” (HAL) şirkətindən 83 Tejas Mark-1A döyüş təyyarələri sifariş verib.
Məlumatda bildirilir ki, hal-hazırda inventarında cəmi 33 qırıcı olan Hidistan hərbi hava qüvvələri bununla da öz döyüş imkanını gücləndirməyi düşünür.
Qarşıdakı 10 il ərzində MiQ 21, MiQ 27 və MiQ 29-lardan 14-ü istifadə müddətini başa vuracaq. 2032-ci ilə qədər isə daha 3 qırıcı inventardan çıxarılacaq.
Ağalar Ağalarlı
Ordu.az