ABŞ və Yaponiyada sorğu: Hərbi təhlükə hansı istiqamətlərdən ola bilər?

2017/12/726ac3949931abcfeef1719b8811567567_1513757347.jpg
Oxunub: 385     16:06     20 Dekabr 2017    
Yaponiya sakinləri hesab edirlər ki, onların ölkəsi üçün hərbi təhlükənin mənbəyi KXDR, Çin, Rusiya və Birləşmiş Ştatlar ola bilər.

Ordu.az Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, bu nəticəyə Yaponiya və ABŞ-da sosial sorğu keçirən “Yomiuri” qəzeti və “Gallub” sosioloji xidməti gəlib.

Hansı ölkə və ya regionun hərbi baxımdan daha çox təhlükəli olması barədə suallara cavab verərkən yaponlar əsas təhlükənin 83 faizlə KXDR olmasını bildiriblər. Sorğuda iştirak edənlərin 67 faizi Çin, 50 faizi Rusiyanı əsas təhlükə mənbəyi adlandırıb. Siyahıda 4-cü yerdə isə 31 faiz səslə ABŞ gəlir. Yaponlar həmçinin Cənubi Koreyanı da hərbi təhlükə mənbəyi hesab edirlər, sorğu aparılan insanların 30 faizi həm bu ölkənin adını əsas təhlükə mənbəyi olaraq qeyd edib.

ABŞ-da isə sorğuda iştirak edənlərin əsas hissəsi Yaponiyada olduğu kimi əsas təhlükənin KXDR (82 faiz) olduğunu hesab edirlər. Birləşmiş Ştatların Çini ölkədə aqressiv siyasət yürüdən ölkə kimi təqdim etməsinə baxmayaraq bu ölkə 51 faiz səslə 4-cüdür. İkinci yerdə 63 faiz səslə Yaxın Şərq, 3-cü yerdə isə 55 faizlə Rusiya qərar tutub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sorğu   Hərbi-təhlükə   KXDR  


Bizi "telegram"da izləyin