Bu barədə
Ordu.az saytına Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan aviasiya generalı, məşhur Pakistanlı hərbi ekspert Kayzel Tufayl bəyan edib.
Müsahibimizin sözlərinə görə, rəsmi mənbələrdən məlumdur ki, pakistanlı generalla müdafiə naziri Zakir Həsənovun görüşündə hərbi, hərbi-texniki sahələrdə, təhlükəsizlik və hərbi təhsil məsələlərində, həmçinin iki ölkənin hərbi hava və hərbi dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi qeyd edilib.
“Pakistanının yüksək çinli hərbçilərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında bir neçə sahə, ilk növbədə hərbi-texniki sahədə iki ölkə arasında əməkdaşlığın davamıdır. Bu səfər həmçinin Azərbaycanın düşmənlərinə onun regionda istənilən çətinlik zamanı güvənə biləcəyi dostlarının olması barədə siqnal verir.
Pakistan Silahlı Qüvvələri bir çox Yaxın Şərq və Afrika ölkələrinin silahlı qüvvələrinin təşkil edilməsi və təhsilinə kömək göstərib. Pakistanın qiyamçılarla mübarizə üzrə davam edən əməliyyatları daxil olmaqla müxtəlif müharibələrdə qazandığı təcrübəni oxşar təhdidlərlə qarşılaşan ölkələrlə bölüşmək olar. Dağlıq Qarabağda Ermənistan tərəfinin hərbi aqressiyası ilə üzləşən Azərbaycan Pakistanla əməkdaşlıq edə və bənzər xarakterə malik münaqişə ilə mübarizə təcrübəsini bölüşə bilər.
Bildiyiniz kimi, Pakistan qırıcı, tank, zirehli maşın, həmçinin hərbi dəniz gəmiləri istehsal edən inkişaf etmiş hərbi sənayeyə malikdir. Bu məhsulların qiyməti onların Amerika və Avropa analoqları ilə müqayisədə baha deyil. Texniki standartlar dünya səviyyəsindədir, bunu isə ekspertlər və məhsulların bir çox ölkələrdə uğurla istifadə olunması təsdiq edir.
Məhz bu münasibətdə Pakistan birləşmiş qərargah rəhbərləri komitəsinin sədri, general Zubayr Mahmud Həyatın səfəri mühüm xarakter daşıyır. Belə ki, Azərbaycan və Pakistan hərçbiləri hərbi və hərbi-texniki sahələrdə daha dərin əməkdaşlıq əlaqələri barədə razılığa gələ bilərlər”, - deyə K.Tufayl bildirib.
Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az