Azərbaycan və Türkiyə HHQ arasında qərargah danışıqları keçirilib

2017/11/0c0543421de548ae44517d4dbd937772_1511515693_1511516892.jpg
Oxunub: 570     17:47     24 Noyabr 2017    
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib.

MN-dən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHQ   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin