Çin Cənubi və Şərqi Çin dənizlərindəki ərazi mübahisələrində iddialarını get-gedə gücləndirir. O həmçinin Çindən ehtiyat edən Tayvan hökumətinin müstəqillik meyillərindən də narahatdır.
Rəsmi Pekin Tayvanı nəzarətdə saxlamaq üçün lazım gələrsə, gücdən istifadə edəcəyini və rəsmi müstəqillik uğrunda atılacaq hər bir addımın silahlı müqavimətlə cavablanacağını heç vaxt gizlətməyib.
Tayvan böyük ölçüdə ABŞ silahlarıyla yaxşı silahlanmış vəziyyətdə olsa da, Çinə qarşı daha sağlam şəkildə müdafiə olunmaq üçün yüksək texnologiyalı ləvazimatları satmaqla bağlı ABŞ-a təzyiq edir.
Ağalar Ağalarlı
Ordu.az