Erməni əmlak şirkətləri müdafiə nazirliyini məhkəməyə verdilər

2017/11/ermenistan_-_mudafie_nazirliyi34534_1511437772.jpg
Oxunub: 433     19:47     23 Noyabr 2017    
Ermənistan müdafiə nazirliyinə əmlak tədarük edən şirkətlər məhkəməyə müraciət ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, son vaxtlar Ermənistan müdafiə nazirliyinə müxtəlif təyinatlı əmlak tədarük edən şirkətlər məhkəməyə müraciət ediblər.

Məlumatlara görə, süd məhsullarının təminatı ilə məşğul olan “XAQ” şirkəti Ermənistan müdafiə nazirliyinin şirkətlə bağladığı müqavilənin bir tətəfli qaydada ləğv edilməsinə dair qərarının etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edib. Belə bir iddia ilə tərəvəz məhsulları istehsal edən “TİSA” şirkəti də məhkəməyə müraciət edib.

Bu şirkətlərlə bağlanmış müqavilələri birtərəfli qaydada ləğv etməyə müdafiə nazirliyini nə məcbur edib, məlum deyil. Lakin məhkəmə iddiaları qəbul edib və araşdırma aparılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Məhkəmə   Etiraz  


Bizi "telegram"da izləyin