Erməni deputat etiraz etdi: "Hərbçilər nə üçün mina partlayışına düşüb?"

2017/11/8E7762F8-274B-40EF-AC66-C5199BE3E7BF_cx0_cy1_cw0_w1023_r1_s_151133577034534_1511350628.jpg
Oxunub: 399     19:36     22 Noyabr 2017    
Dünən işğal altında olan Qarabağda mina partlayışı nəticəsində 3 erməni hərbi qulluqçunun ölməsi barədə məlumatın açıqlanmasından sonra erməni parlamentinin deputatı “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan baş vermiş hadisə haqqında dəqiq açıqlama tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində yazıb.

“Hələ nə qədər belə xəbərlər almalı və növbəti zərbəni gözləməliyik. Cəmiyyət dəqiq açıqlama almalıdır. Nə üçün gənclər minaya düşüb? Onlar nizam-intizamsızlıq edib, partlayış zamanı lazım olmayan yerdə olublar? Əgər bu belədirsə, o zaman onların komandiri kimdir və nə üçün ona tabe olanlar arasında nizam-intizam yarada bilməyib. Bu həm də mina ilə təhlükəsiz davranış nəticəsində baş vermə halına da aiddir.

Ərazi arxada yerləşib? Bu halda nə üçün minadan təmizlənməyib, və ya xəbərdaredici nişan qoyulmayıb? Rəqibin təşkil etdiyi minaatan hücumu ilə üz-üzə qalmışıq. Bu barədə açıqlanan məlumatda heç bir şey yazılmayıb. Əgər bu belədirsə, bu kimi hadisələrin qarşısının alınması və yaxud itkilərin ən az həddə endiriliməsi üçün bizim vəzifələrimiz hansılardır?

Əlbəttə açıqlanan məlumatda deyilir ki, hadisənin detalları araşdırılır. Ancaq əvvələr baş verən bu kimi hadisələrdən sonra cəmiyyətə dəqiq açıqlama verildiyini xatırlamıram. Bizim bütün bu baş verənləri növbəti xəbər başlığı kimi qəbul etməyimiz, yolverilməzdir.

Hər bir həyat üçün biz cavab verməli və açıqlama almalıyıq. Həmçinin həlak olan hərbi qulluqçuların yaxınlarına baş sağlığı verilməsini də yersiz hesab edirəm. Ona görə ki, istənilən hər bir adam özünü başsağlığı qəbul edən obyekt hesab etməzsə, o zaman bütün bunlar sonda sadəcə standart başlıq, şəkil və heçnə izah etməyən mətn xarakteri daşıyacaq. Biz buna yol vermərik”, - deyə Paşinyan etiraz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Etiraz   Ölüm   Partlayış  


Bizi "telegram"da izləyin