Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Qalıfaks şəhərində beynəlxalq təhlükəsizliyə dair forumda çıxış edərkən bildirib.
"NATO üzvü olmaq üçün təşkilatın standartlarına riayət etmək lazımdır. Ukrayna və Gürcüstan hələ düzgün şəkildə islahatları bitirməyiblər. Onlar müdafiə qurumlarını modernləşdirməli, korrupsiyaya qarşı mübarizə aparmalı və demokratik institutları gücləndirməlidirlər ", - deyə Stoltenberq qeyd edib.
Stoltenberq əlavə edib ki, hazırda NATO bu ölkələrə mövcud problemləri həll etməyə kömək edir.
Ordu.az