Rusiya və Çin birgə komanda-qərargah təlimləri keçirəcək

2017/11/350B85CD-858D-48AB-BCA7-58CCD76F3BFC_w1080_h608345345_1510916569.jpg
Oxunub: 1348     19:01     17 Noyabr 2017    
Rusiya və Çin cari ilin dekabr ayında Pekində “Hava-kosmik təhlükəsizliyi – 2017” raket əlyehinə müdafiə üzrə birgə kompüter komanda-qərargah təlimləri keçirəcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Çin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlərin məqsədi hər iki tərəfin döyüş zamanı hava hücumundan və raket əleyhinə müdafiə tədbirlərinin təşkilinin planlaşdırılması, qarşılıqlı atəşin idarə olunması, həmçinin hər iki ölkənin ərazisinə provokasiya xarakterli ballistik və qanadlı raketlərlə zərbə endirdiyi halda hansı reaksiyanın veriləməsini müəyyənləşdirməkdən ibarətdir”, - deyə sənəddə qeyd olunub.

“Təlimlər üçüncü ölkələrə qarşı istiqamətlənməyib”, - deyə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHM   Təlim   Rusiya-Çin  


Bizi "telegram"da izləyin