Ordu.az “Yonhap news” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib.
“Biz KXDR-in raket proqramı problemini və KXDR-in zorla saxladığı yaponiyalı əsirlər məsələsini həll edəcəyik. KXDR-i siyasi xəttini dəyişdirməyə vadar etmək zəruridir. Bunun üçün dünya ictimaiyyəti ilə birlikdə Şimali Koreyaya təzyiqi gücləndirəcəyik. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti zamanı KXDR-ə münasibətdə sıx əməkdaşlığın müzakirə edildiyi Rusiya prezidenti Putinlə, Çin lideri Si Tsinpinlə və digər ölkə başçıları ilə görüşlərim oldu”, - deyə Abe bildirib.
O qeyd edib ki, Koreya yarımadasında KXDR-in raket və nüvə proqramı ciddi narahatçılıqlara səbəb olur və hazırda bu məsələni həll etmək, təhlükəsizliyə nail olmaq ən mühüm məsələdir.
Ağalar Qəribov
Ordu.az