Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin direktoru Brayan Huk deyib.
“Biz... Rusiyanın Şimali Koreyaya dair köməyini qiymətləndiririk. Rusiya BMT Təhlükəsizlik Şurasının iki mühüm səsverməsində iştirak etməyə razılıq verdi, bunun nəticəsi olaraq isə Pxenyana münasibətdə yeni iqtisadi sanksiyalar qəbul olundu. İstərdik ki, Rusiya daha çox şey etsin. Onlar Şimali Koreyadan olan müvəqqəti işçi qüvvəsinin böyük istifadəçisidirlər”, - deyə Huk qeyd edib.
ABŞ tərəfinin məlumatına görə, Rusiyada çalışan işçilər KXDR-ə hökümətə çatan 130 milyon dollar pul köçürürlər. Bu vəsaitlər Pxenyan tərəfindən nüvə və raket proqramlarını maliyyələşdirmək üçün istifadə olunur.
“Biz Rusiyanı ictimaiyyətə açıq şəkildə bu praktikaya son qoymağa səsləyirik. Dövlət katibi Reks Tillerson bu məsələni hər ikitərəfli görüşdə müzakirə mövzusuna çeviririr”, - deyə Huk vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın iqtisadi və siyasi təcridindən aşırı dərəcədə məmnundur.
“Rusiya bəzən konstruktiv rol oynayıb və biz istərdik ki, ruslar bu növ addımlar atmağa davam etsinlər. Şimali Koreyaya göstərilən qlobal təsir nə qədər güclü olsa, bir o qədər yaxşıdır”, - deyə Huk fikirlərinə yekun vurub.
Ordu.az