Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror qruplaşması dünən Suriya ordusuna məxsus T-90 tankını partlatdıqları barədə xəbər yayıb. Məlumatın təsdiq edilməsi məqsədilə partladılan tankın şəkilləri də təqdim olunub.
Lakin, Suriya Quru Qoşunlarının mənbəsi bu məlumatı təkzib edərək bildirib ki, dünən əl-Məyadində hökumət qüvvələri buna bənzər heç bir hərbi texnika itkisinə məruz qalmayıb.
Təxmin edilir ki, partladılan tank T-72-nin modernləşdirilmiş versiyasıdır və terrorçular tərəfindən bu rayonda oktyabrın 25-də gedən döyüşlər zamanı ələ keçirilib.
Ağalar Qəribov
Ordu.az