Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe parlamentdə özünün proqram nitqi çərçivəsində bəyan edib.
“KXDR ətrafında mövcud olan eskalyasiya vəziyyətində hadislərin istənilən gedişatına hazır olmaq üçün biz güclü Yaponiya-Amerika ittifaqı əsasında konkret işlər görməliyik. Raket əleyhinə müdafiəyə dair təbdirlərdən başlamaqla ölkəmizin müdafiə gücünü möhkəmləndirəcəyik. Xalqın həyatının müdafiəsi və sülh şəraitində mövucluğu üçün hər şey edəcəyik”, - deyə Sindzo Abe qeyd edib.
Baş nazir Yaponiyanın müdafiəsini gücləndirməsi məsələsinin əhəmiyyətini vurğulayaraq iqtisadiyyat, sosial sığorta, təhsil məsələlərinin ikinci plana atıldığını bildirib.
Ağalar Qəribov
Ordu.az