İsveç Ukrayna hərbçilərinin hazırlığı ilə məşğul olmaq istəyir

2017/11/2080871435354_1510846061.jpg
Oxunub: 448     23:26     16 Noyabr 2017    
İsveç Müdafiə Nazirliyi Ukrayna hərbi xidmətçilərinin hazırlanması prosesinə qoşulmaq istəyir.

Ordu.az korrespondent.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak isveçli həmkarı Peter Hultkvistlə söhbətindən sonra bəyan edib.

“İveç növbəti il bizim hərbi xidmətçilərin hazırlanmasında iştirakının mümkünlüyünü nəzərdən keçirəcək”, - deyə Polorak vurğulayıb.

Onun sözlərinə görə, İsveçin müdafiə naziri növbəti ilin əvvəllərində bu məsələ ilə bağlı yekun qərar vermək üçün Ukraynaya səfər edəcək.

Xatırladaq ki, Ukraynada NATO-nun üzv ölkələrindən 450 hərbi təlimatçı çalışır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin